Dərc olunub: 07.10.2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələri tələbələri arasında təşkil edilən bədii yaradıcılıq müsabiqə-festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Mühəndislik Universitetinin (BMU) Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın təşkilatçılığı ilə müsabiqədə iştirak edən universitet tələbələri qaliblər sırasında yer alıblar.

BMU-nun “Şəhərsalma” ixtisasının 3-cü kurs tələbəsi Aysu Cəbrayılova “Vokal” nominasiyası, “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsi Gülər Həmzəyeva “Bədii qiraət” nominasiyası, “Elektrik və elektronika mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Günay Nuruyeva isə “Solo rəqs” nominasiyası üzrə müsabiqədə III yerlərə layiq görülüblər.

Tədbirdə qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilən müsabiqə-festivalda 26 ali təhsil müəssisəsində təhsil alan tələbələr iştirak ediblər.

Bənzər yazılar