Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb istifadəyə verilib.
Məktəbdə ilkin mərhələdə 122 şagird təhsil alacaq, ilin sonunda şagirdlərin sayı 400-ə çatacaq. Təhsil ocağında tədris dövrü oktyabrın 8-də başlayacaq.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bildirib ki, təhsil müəssisəsi 960 şagird üçün nəzərdə tutulub: “Məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Məktəbimiz bütün fənlər üzrə ixtisaslı kadrlarla artıq təmin olunub”.
Daha ətraflı Baku TV-nin süjetində: