Şərqi Finlandiya Universitetinin müəllimi Sahib Xan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün mühazirələr keçəcək.
Mektebgushesi.az xəbər verir ki, ilk mühazirədə çıxış edən ADAU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə mühazirələrin “Erasmus+” layihəsi çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.
Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün nəzərdə tutulan seminarlar oktyabr ayının ikinci yarısına qədər davam edəcək.
Həmçinin Sahib Xan ADAU-ya səfəri çərçivəsində professor-müəllim heyəti ilə görüşüb, bir neçə sahə üzrə də mühazirələr keçəcək.