Dərc olunub: 04.10.2024

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1984-cü il məzunları ilə görüş keçirilib.

Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova, Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov və Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov məzunları qarşılayıblar.

K.Əsgərova onları 40 il sonra məzunu olduqları universitetdə görməkdən şad olduğunu bildirərək, məzunlara universitetdə təhsilin məzmununda, eləcə də infrasturukur və maddi-texniki bazada həyata keçirilən yeniləmələr barədə məlumat verib.

Çıxış edən ADPU-nun məzunu, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva tələbəlik illərinin xoş xatirələrindən danışıb. Həmçinin, S.Abdullayeva rəhbərlik etdiyi müəssisənin Pedaqoji Universitetlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Sonda məzunlar universitetlə tanış olublar, xatirə şəkli çəkdirilib.

Bənzər yazılar