Elm və Təhsil Nazirliyi COP29-la bağlı Tədbirlər Planı hazırlayıb və bütün təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirir.
Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü günündə çıxışı zamanı deyib.
“Bu həftə yaşıl həftə adlandırılıb. Bununla bağlı təhsil müəssisələrində bir çox seminarlar, forumlar keçirilir, sənədli filmlər nümayiş etdirilir. Əsas məqsəd uşaqlarda ekoloji tərbiyə formalaşdırmaqdır, – deyə nazir müavini fikirlərinə yekun vurub.