Dərc olunub: 03.10.2024

26-27 sentyabr 2024-cü il tarixində ADA Universitetində “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda ilk milli simpozium keçirilib. Təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən bu tədbir, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) dəstəyi və təşkilatçılığı ilə baş tutub. Simpoziumda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gələn çoxsaylı nümayəndələr iştirak etmiş və ali təhsil sistemində keyfiyyətin təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.

Mingəçevir Dövlət Universiteti (MDU) də bu əhəmiyyətli tədbirdə təmsil olunub. Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov təmsil edərək, ali təhsildə keyfiyyətin təmin olunmasına dair aktual məsələlər və yeniliklərlə bağlı fikir mübadilələrində fəal iştirak edib.

Simpozium çərçivəsində keçirilən panel müzakirələr və seminarlar zamanı, ali təhsil müəssisələrinin inkişafında keyfiyyətin təmin edilməsi, təhsil prosesinin daha effektiv idarə olunması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi barədə geniş məlumat verilib

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti (MDU ) keyfiyyət təminatı və davamlı inkişaf istiqamətində atılan hər bir addımı dəstəkləyir və ali təhsilin inkişafı üçün qarşıya qoyulan məqsədlərə çatmaq yolunda fəaliyyətini davam etdirir.

Bənzər yazılar