Dərc olunub: 03.10.2024

Mingəçevir Dövlət Universiteti (MDU) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Technest” təqaüd proqramının “Elektronika və avtomatika” təlimi davam edir. Proqram çərçivəsində nəzərdə tutulan təlimlər 6 ay müddətində keçiriləcək və bu sahədə aparıcı mütəxəssislərdən olan “TexnoLab” şirkətinin peşəkarları tərəfindən aparılır.

Mektebgushesi.az xəbər verir ki, təlim proqramına universitetin müəllim və tələbələri ilə yanaşı, ətraf rayonlardan gələn, elektronika və avtomatika sahəsinə maraq göstərən 24 nəfər cəlb olunub.

Təlimlər qabaqcıl texnologiyalara və innovativ yanaşmalara əsaslanaraq, iştirakçıların texniki biliklərini dərinləşdirmək və onların gələcək karyeralarında rəqabət qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.

Bənzər yazılar