Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr şöbəsi, Şərqşünaslıq fakültəsi və Misirin Ayn Şəms Universitetinin Şərqşünaslıq fakültəsinin əməkdaşları arasında görüş keçirilib.
Mektebgushesi.az xəbər verir ki, görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Qonaqlar, həmçinin fakültədə ərəb dilinin tədrisi və metodikası haqqında məlumatlandırılıb.
Görüşdə BDU ilə Ayn Şəms Universiteti arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqatların aparılması, birgə elmi seminar, ustad və onlayn dərslərin təşkili, eləcə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tədbir iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və ikili diplom proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.