Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 21 424 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 851 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 422 müraciət daxil olub.
BŞTİ-yə 3 491 sənəd (vətəndaşlar tərəfindən 1 273 ərizə, Elm və Təhsil Nazirliyindən 437, digər qurumlardan 196, tabelikdə olan təhsil müəssisələrindən 1 222 məktub və 363 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 660 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.