Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş universitetlərarası debat turnirinin final və bağlanış mərasimi keçirilib.
Bu barədə BDU-dan bildirilib. Finalda Azərbaycan bölməsi üzrə BDU-nun “İyerarxiya”, Azərbaycan Texniki Universitetinin “Sovetski”, rus bölməsi üzrə isə BDU-nun “Pаvel Durov” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Svetlaya storona lunı” komandaları qarşılaşıb. Nəticələrə görə, “Sovetski” və “Pavel Durov” komandaları turnirin çempionu olublar.
Sonda isə Azərbaycan bölməsi üzrə ən yaxşı hakim Murad Mirzəzadə, ən yaxşı birinci natiq Əli Eyyublu, rus bölməsi üzrə isə ən yaxşı hakim Leyla Sadıqzadə və ən yaxşı birinci natiq Nərmin Kazımlı qızıl medalla mükafatlandırılıblar.