Dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə IX Ümumdünya Konfransının açılışı olub.
Bu barədə Azərbaycanda Lütfi Zadə elmi irsinin tanınmış tədqiqatçısı, konfransın təşkilatçısı professor Şahnaz Şahbazova məlumat verib. Professor qeyd edib ki, Lütfi Zadənin elmi irsinə həsr olunmuş belə tədbirlər alimlər və gənc tədqiqatçılar üçün çox əhəmiyyətlidir.
Tədbirin açılış mərasimində Polşa, Belçika, ABŞ, Rumınıya, Rusiya və digər ölkələrdən olan alimlər çıxış ediblər.
Konfransın keçirilməsndə məqsəd alimlərin “Soft Computing” üzrə araşdırmalarının nəticələri haqqında müzakirələr aparmaq, bu sahədə çalışan mütəxəssisləri bir araya gətirmək və gəncləri müvafiq sahədə tədqiqat proseslərinə cəlb etmək olub.
“Soft Computing” üzrə IX Ümumdünya Konfransına təqdim olunan seçilmiş məqalələr “Web of Science” tərəfindən indeksləşdirilən “Springer” nəşriyyatının “Soft Computing Application Series” jurnalında dərc olunacaq.
Sentyabrın 28-də başa çatacaq konfransın sonuncu günü süni intellekt və kibertəhlükəsizlik mövzularına həsr olunacaq.