Dərc olunub: 28.09.2024

 

Lənkəran Dövlət Universitetində LDU və Azərbaycan  Dövlət İqtisad Universiteti  Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə “COP 29:  İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda Dəyirmi masa təşkil edilib. Dəyirmi masanı LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açaraq tədbirin mahiyyəti, müzakirə olunacaq məsələlər, COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. barədə açıqlama verib.

Dəyirmi masada Rus iqtisad məktəbinin direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov “COP 29:  İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda geniş məruzə edib. Tədbirdə  Lənkəran Dövlət Universitetindən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Gülbəniz Əliyeva,  Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, dos Sənan Əzizov, kafedranın baş müəllimi Cavidan Əliyev, Biologiya və ekologiya kafedrasının dosenti Qorxmaz Ağayev,  Rus iqtisad məktəbinin direktor müavini dos. Leyla Hacıyeva, “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Sevinc Abbasova, kafedranın baş müəllimi  Tahirə Kərimova və başqaları mövzu ətrafında məruzələr ediblər. Məruzələr ətrafında geniş diskussiya keçirilib, təklif və rəylər səsləndirilib, suallar cavablandırılıb.

Bənzər yazılar