Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Mektebgushesi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev 18 oktyabrda vətəndaş qəbulu həyata keçirəcək.
Müəyyən edilmiş görüş Tovuzda həyata keçiriləcək. Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy rayonalarını da əhatə edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.