Dərc olunub: 28.09.2024

Pedaqoji Universitetin (ADPU) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə “Gənc nəslin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 və  bərpa olunan enerji mənbələri haqda maarifləndirilməsi, Azərbaycanın bu prosesdə oynadığı rol və cəmiyyətin gözləntiləri” mövzusunda görüş keçirilib. Tədbirdə  İctimai Şuranın üzvləri, ADPU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Giriş nitqi ilə çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri  Tahir Süleymanov mərkəzin fəaliyyəti, COP29-un mahiyyəti, əhəmiyyəti və ona hazırlıq çərçivəsində ölkə miqyasında görülən işlər haqqında məlumat verib.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov dövlətimizin beynəlxalq nüfuzunun artmasında COP29-un  və bərpa olunan enerji mənbələrinin inkişafı yönündə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Şuranın sədr müavini Mehriban Abdullayeva çıxışında vətəndaşların iqlim dəyişiklikləri, yaşıl enerjinin əhəmiyyəti ilə bağlı maarifləndirilməsi yönündə görülən işlərdən bəhs edib.

Daha sonra İctimai Şuranın katibi Samir Həsənov “Bərpa olunan enerji mənbələri, elektrik enerjisi və suya qənaət”, Şura  üzvü Sadiq Həsənov  “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında təqdimatlar ediblər. Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov nazirliyin yaşıl enerjinin inkişafı istiqamətindəki fəaliyyəti barədə məlumat verib və sualları cavablandırıb.

İnteraktiv şəkildə keçən görüşdə ADPU-nun Tarix və coğrafiya fakültəsinin kafedra müdirləri Məhəmməd Abduyev və Oqtay Alxasov çıxış ediblər.

Bənzər yazılar