Dərc olunub: 26.09.2024

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyi (ADPU TKTB) və Tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə tələbələrin Cəlil Məmmədquluzadənin ev muzeyinə ekskursiyası təşkil olunub.

Muzeydə gənclər dahi ədib uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistlik və ədəbi fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olublar. Ekskursiyada 50-ə yaxın tələbə iştirak edib.

 

Bənzər yazılar