Dərc olunub: 26.09.2024
Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova (ADNSU) universitetin dekanları və kafedra müdirləri ilə görüşüb.
Görüşdə elmi-tədqiqat işləri ilə bağlı mövcud vəziyyət müzakirə olunub, perspektivlərdən və bu istiqamətdə görüləcək işlərdən bəhs olunub. Universitetin həm də “Milli Tədqiqat Universiteti” kimi formalaşmasını hədəf seçdiyini xatırladan professor Lətafət Qardaşova dekanlıqlar və kafedralarda tədrislə yanaşı, elmi nailiyyətlərin yüksəlməsinin, bu istiqamətdə görüləcək işlərin hər zaman diqqətdə saxlanılımasının vacibliyini deyib.

Bənzər yazılar