Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadov Astanada keçirilən Qazaxıstan Muzey Konqresinə onlayn qoşulub.
Tarix Muzeyindən bildirilib ki, dosent Əli Fərhadov “Azərbaycan” qəzetində (1947-1949) orta əsrlər türk-islam mədəniyyətinə baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın və Orta Asiyanın türk-islam mədəniyyəti, şair və mütəfəkkirləri, o cümlədən Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib.
Beynəlxalq konqresin məruzələr toplusu nəşr edilib.