Dərc olunub: 25.09.2024

 

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadov Astanada keçirilən Qazaxıstan Muzey Konqresinə onlayn qoşulub.

Tarix Muzeyindən  bildirilib ki, dosent Əli Fərhadov “Azərbaycan” qəzetində (1947-1949) orta əsrlər türk-islam mədəniyyətinə baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın və Orta Asiyanın türk-islam mədəniyyəti, şair və mütəfəkkirləri, o cümlədən Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib.

Beynəlxalq konqresin məruzələr toplusu nəşr edilib.

Bənzər yazılar