Dərc olunub: 25.09.2024

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, 23-24 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsində iştirak edən 2370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.

Bənzər yazılar