Tuksondakı (ABŞ-nin Arizona ştatı) Planet Elmləri İnstitutundan və digər ABŞ tədqiqat mərkəzlərindən bir qrup alim müəyyən ediblər ki, Ayın bütün enliklərində, o cümlədən Günəş tərəfindən işıqlandırılan ərazilərdə su izləri mövcuddur.
Mektebgushesi.az xəbər verir ki, bu barədə “The Planetary Science Journal” məlumat yayıb.
Hindistanın “Chandrayaan-1” kosmik gəmisinin “Moon Mineralogy Mapper” alətindən istifadə etməklə əldə edilmiş Yerin təbii peykinin mineraloji xəritələrinin təhlili nəticəsində müəlliflər qrupu belə qənaətə gəliblər ki, “su və hidroksillə zəngin süxurlar” Ayın bütün səthində tapılıb.
Əvvəllər Çin alimləri güman edirdilər ki, kifayət qədər su ehtiyatları yalnız Ay qütblərində, günəş şüalarının az düşdüyü yerlərdə mövcuddur.