M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı tələbə qızların yataqxanasında komendant vəzifəsinə işə qəbul elan edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
KOMENDANT (qadın namizəd)
İş barədə məlumat:
• Yataqxanada tələbə və müəllimlərin qeydiyyatı, otaqlara yerləşdirilməsi;
• Tələbə və müəllimlər ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
• Yataqxana ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin fasiləsiz çatdırılmasına nəzarəti təmin etmək;
• Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq;
• Lazım olan inventar, məişət xidməti əşyalarının alınması üçün müvafiq şöbələrə müraciət etmək, köməkçi işçilərə verilmiş malların müvafiq əməliyyat uçotunu aparmaq;
• Yataqxana işçilərinin iş qrafiklərini tərtib etmək;
• Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
• Rəhbərliyin əmrləri, qərar və göstərişlərini icra etmək;
• Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq.
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Ali, orta və ya orta-ixtisas təhsili;
• “MS Office” proqramlarında sərbəst işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilmək zəruridir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu hissəsinə “Komendant” qeyd etməklə hr@msu.edu.az ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.