Dərc olunub: 25.09.2024

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət universitetinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesi yekunlaşıb.

Mektebgushesi.az  xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edən 2575 tələbənin 1054-ü müsbət nəticə alıb.

Tələbələr arasında təhsil müəssisəsi, ixtisas və təhsilalma forması dəyişikliyi ilə bağlı müraciətlər müxtəlif səbəblərlə, o cümlədən düzgün ixtisas seçimi etməmə, yaşayış yerinin dəyişməsi və daha yaxşı təhsil imkanları axtarışı ilə bağlıdır:

“2024-2025-ci tədris ili üzrə ən çox müraciətlər dövlət təhsil müəssisələrindən digər dövlət təhsil müəssisələrinə köçürülmə ilə bağlı olmuşdur. Belə ki, ümumilikdə 800-ə yaxın tələbə dövlət təhsil müəssisəsindən digər dövlət təhsil müəssisəsinə, 100-ə yaxın tələbə dövlət təhsil müəssisəsindən özəl təhsil müəssisəsinə və ya əksinə, daha az sayda tələbə isə özəl təhsil müəssisəsindən digər özəl təhsil müəssisəsinə köçürülmə üçün müraciət etmişdir”.

Bənzər yazılar