Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə tələbələrin görüşü keçirilib.
ADNSU-dan bildirilib ki, görüşdə Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova fondun fəaliyyəti və təhsil kreditinin verilməsi qaydalarından danışıb. O, əsas missiyanın təhsilin əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması olduğunu qeyd edərək kredit üçün müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və yeniliklər barədə məlumat verib.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.