Qarabağ Universiteti 1154 tələbə ilə fəaliyyətə başlayıb.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Şuşa şəhərində keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” seminarının iştirakçılarına məlumat verərkən deyib.
“Tələblərin 101 nəfəri 600-dən yuxarı bal toplayıb. 385 tələbə isə 500-dən yuxarı bal toplayıb. Qarabağ Universitetinə qəbul olanlar üçün 470 orta baldır”, – Ş.Bayramov qeyd edib.
Rektor deyib ki, tələbələr bütün ölkə ərazisini əhatə edirlər: “Hazırda ali məktəbdə 27 ixtisas üzrə tədris həyata keçirilir. Gələn il incəsənət və turizm fakültələri Şuşada fəaliyyət göstərəcək. Xankəndidə yerləşən əsas binada isə tibb fakültəsi açılacaq. Universitetin Aqrar fakültəsi isə Xocalıda açılacaq”.