Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.
MektebgushESİ.az xəbər verir ki, dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib.
Səfirliyinin məlumatına əsasən, Gürcüstan tərəfinə 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb. Bu dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.
Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.