İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə azı 10 dəfə zərbə endirib, 86 nəfər ölüb.
Mektebgushesi.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında qeyd edilib.
“Təkcə sentyabr ayında 10 məktəbə zərbələr endirilib, nəticədə 86 nəfər həlak olub”, – sənəddə bildirilib.
Məlumata görə, son üç gündə İsrail ən azı üç məktəbə – ikisi Qəzza şəhərində və biri Nuseyrat qaçqın düşərgəsindəki məktəbə zərbələr endirib. Bu hücumlarda 16-sı uşaq olmaqla 32 nəfər ölüb