Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2024/2025-ci tədris ilinin ilk iclası keçirilib. Ənənəvi olaraq rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun nəzdində fəaliyyət göstrən Bakı Neft-Energetika Kollecinin direktoru, universitetin dosenti Ata Babayevi və ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin dekanı, dosent Fərid Ağayevi yubiley yaşları münsabiəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib.
Sonra ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edilib və gündəlik təsdiq olunub. 2023/2024-cü tədris ilinin yekunu və yeni tədris ilinə hazırlığın vəziyyətindən danışan dosent Vazeh Əskərov görülmüş işlər və mövcud çatışmazlıqlar, əldə olunan nailiyyətlər, eləcə də 2024/2025-ci tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və elmi nailiyətlərin artırılması istiqamətində kollektiv qarşısında duran əsas vəzifələr haqqında şura üzvlərinə məlumat verib. O, davamlı uğur əldə olunması və hədəfə çatmaq üçün kollektivin hər bir üzvünün bir komanda olaraq vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinin vacibliyini diqqətinə çatıdırıb.
İclasda Tədris işləri üzrə prorektor, dosent Qasım MəmmədovADNSU-ya bakalavriat təhsil səviyyələri üzrə (o cümlədən, UFAZ və kolleclərdə) tələbə qəbulunun yekunu, o cümlədən fakültələr üzrə qəbul statistikası, 2023/2024-cü tədris ilində bakalavr buraxılışı üzrə Dövlət attestasiyasının nəticələri haqqında məlumat verib.
Gündəliyə uyğun olaraq Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova 2023/2024-cü tədris ilində ADNSU-ya magistratura təhsil səviyyəsi üzrə tələbə qəbulunun yekunu, 2024-cü ildə ADNSU-da magistrlik dissertasiyalarının müdafiələri haqqında məruzə ilə çıxış edib. UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova isə əcnəbi tələbələrlə işin təşkili, magistr təshsili pilləsində oxuyan tələbələr üçün adlı təqaüdlərin təsis ediməsi ilə bağlı təkliflə çıxış edib.
Elmi Şuranın iclasında ötən tədris ilinin uğurla başa çatması, icra olunan işlər, elmi nailiyyətlər və digər mühüm məsələlər təhlil olunduqdan sonra qənaətbəxş hesab edilib. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, çatşımazlıqların aradan qaldırılması və görüləcək işlər haqqında tapşırıqlar verib.