Xəbər verdiyimiz kimi, Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Mektebgushesi.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
Belə ki, Anar İsgəndərov Elm və təhsil komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, Elm və təhsil komitəsinin sədri əvvəl Bəxtiyar Əliyev olub.