Dərc olunub: 23.09.2024

 

Memorandumun məqsədi iştirakçılar arasında “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və onun təsirlərinin azaldılması istiqamətləri üzrə əməkdaşlığın həyata keçirilməsidir.

Memorandumun fəaliyyət istiqamətlərinə ağacəkmə aksiyalarının keçirilməsi zamanı əməkdaşlıq, sənaye tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi kimi tədbirlərdə “Yaşıl dünya səfirləri” proqramı çərçivəsində əməkdaşlıq, COP29 tədbiri çərçivəsində  elmi, elmi-praktiki konfranslarda və digər tədbirlərə alimlərin cəlb edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin imkanlar daxilində birgə dəstəklənməsi daxildir.

Həmçinin, əməkdaşlıq çərçivəsində görüləcək işlərə “Yaşıl dünya səfirləri” proqramının iştirakçısı olan tələbələr üçün seminar və treninqlərin təşkilində ekspert-mühazirəçi dəstəyi, yerli və əcnəbi tələbələrin iştirakı ilə planlaşdırılan Beynəlxalq yay məktəbi zamanı ekspert və mütəxəssislərin cəlb olunmasında dəstək və digər bu kimi məsələlər daxildir.

Bənzər yazılar