Dərc olunub: 20.09.2024

 

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universitetində (LDU) olub. Hörmətli qonağı LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Görüşdə  prof. Natiq İbrahimov  son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması,  rəqabət qabiliyyətliliyinin artırılması , qarşıda duran hədəflər, universitetin son illərdə  beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran perspektivlərdən danışıb.

LDU-nun rektoru, prof. Natiq İbrahimov və  QS-in regional direktoru Sergey Xristolyubov  Lənkəran Dövlət Universiteti ilə  QS arasında universitetin  “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.

Bənzər yazılar