Dərc olunub: 20.09.2024

 

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak üçün 132 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Bənzər yazılar