Dərc olunub: 19.09.2024

Hər il ali təhsil müəssisələrində plan yerlərinin sayı artır. Bu da özlüyündə dövlət hesabına təhsil alan tələbələrin sayının artmasına gətirib, çıxarır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata əsasən 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin əyani şöbələrində 182121 nəfər tələbə təhsil alır.

“Onlardan 100719 nəfəri təqaüd alır. Əyani şöbələrdə tələbələrin ümumi sayına nisbətən 55,3 faiz tələbə təqaüdlə təhsil alır.

Bundan əlavə 2023/2024-cü tədris ilində 201855 tələbə müqavilə ilə təhsil alır. Onlardan 94717 nəfəri təhsil haqqını müqavilə əsasında ödəyirlər”.

Bənzər yazılar