Dərc olunub: 19.09.2024
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Psixologiya, Riyaziyyat, Filologiya, Fizika fakültələrində dekan müavinləri vəzifələri üzrə vakant yerlər olduğunu elan edir.

Bu barədə  MDU-nun Bakı filialından məlumat verilib.

Vakant vəzifələr haqqında məlumat:

• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

• Semestr imtahanlarının keçirilməsində iştirak edir;

• Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir;

• Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

• Tələbələrlə bağlı tədris-tərbiyə işlərini və tələbələrin elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• Üç il elmi-pedaqoji staj;

• MS Office proqramlarında sərbəst işləmə bacarığı;

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dillərində şəkilli CV-lərini məktubun mövzu hissəsində seçdiyi vəzifənin adını qeyd etməklə hr@msu.edu.az ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

 

Bənzər yazılar