Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
Vakant vəzifələr haqqında məlumat:
• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;
• Semestr imtahanlarının keçirilməsində iştirak edir;
• Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir;
• Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;
• Tələbələrlə bağlı tədris-tərbiyə işlərini və tələbələrin elmi fəaliyyətini istiqamətləndirir.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Profilə uyğun baza təhsili;
• Elmi dərəcə və elmi ad;
• Üç il elmi-pedaqoji staj;
• MS Office proqramlarında sərbəst işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməsi zəruridir.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dillərində şəkilli CV-lərini məktubun mövzu hissəsində seçdiyi vəzifənin adını qeyd etməklə hr@msu.edu.az ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.