Rusiyanın Ufa şəhərində MDB ölkələrinin yaradıcı ziyalılarının XVII forumu keçirilib. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Azərbaycan incəsənətində və ənənəvi mədəniyyətində yeniliklər” mövzusunda məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Bu barədə Ədəbiyyat İnstitutundan bildirilib.
Forum 2006-cı ildən MDB ölkələrində keçirilir. Beynəlxalq tədbir 2025-ci ildə Laçın şəhərində keçiriləcək.