Dərc olunub: 18.09.2024

Azərbaycan Dillər Universitetində (ADU) struktur dəyişikliyi olub.

 Azərbaycan Dillər Universitetində  struktur dəyişiklikləri ilə bağlı olaraq Təhsil 1 və Təhsil 2 fakültələrinin bazasında 3 yeni fakültələr (İngilis və alman dilləri, İngilis və fransız dilləri və Təhsil fakültəsi yaradılıb. Sözügedən fakültələrin dekanları vəzifəsinə seçkilər keçiriləcək:

“Fakültə dekanı haqqında əsasnamənin tələblərinə uyğun olaraq Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov və Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev seçkilərlə əlaqədar olaraq dekan vəzifəsinin icrasını dayandırılıb.

Bundan əlavə universitetdən bildirilib ki, ADU-nun Tədris məsələləri üzrə prorektoru Kifayət Hacıyeva öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub”.

Bənzər yazılar