Dərc olunub: 16.09.2024

Niderland Krallığının Tio Biznes Məktəbi təqaüd proqramı elan edir!

Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, Tio Biznes Məktəbi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “İstedad” təqaüd proqramı üzrə 2024-2025-ci tədris ilində beynəlxalq tələbələrə Niderlandda təhsil imkanı təklif edir.

Təqaüd proqramına müraciət üçün son tarix 10 oktyabr 2024-cü il nəzərdə tutulub.

Qeyd edək ki, proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Elan: //htp.edu.az/…/201c48dbbb26427484bc675fede9b6b6.pdf

Bənzər yazılar