Dərc olunub: 14.08.2024
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 4 kafedra (Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia ve elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları), bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris teleradio studiyası, “Füyuzat” Media Mərkəzi, “ARB 24” televiziyasının “NewsLab” otağı və Azərbaycan Mətbuat Şurasının otağı fəaliyyət göstərir.
Jurnalistika fakültəsi ölkədə peşəkar jurnalistlər hazırlayan əsas bazadır. “Jurnalistika” ixtisası üzrə Universiteti bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 15 kafedra (Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilcilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Azərbaycan dili və nitq mədəniyyəti, Rus dili (humanitar fakültələr üzrə), Rus dili (təbiət fakültələri üzrə), İngilis dili (təbiət fakültələri üzrə) İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları) və 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 7 ixtisas üzrə – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.
“Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə məzunlar filologiya istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.
BDU-nun Geologiya fakültəsi 4 ixtisas üzrə mütəxəssis hazırlayır.
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 5 kafedra və bir elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Kafedralar və laboratoriya müasir avadanlıqlarla təchiz olunub.
Fakültədə Faydalı qazıntılar, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Kristalloqrafiya, mineralogiya və geokimya, Hidrogeologiya və mühəndis geologiyası kafedraları fəaliyyət göstərir.
Fakültədə “Geologiya”, “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi” və “Meliorasiya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Geologiya” ixtisası üzrə məzunlar geniş və hərtərəfli bilik, bacarıqlar qazanmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geologiya və Geofizika İnstitutu, “AzerGold” QSC-nin, “Azərbaijan İnternational Mining Company Limited” şirkətinin mədənlərində, Respublika Seysmoloji Xidmət Mərkəzində, Dövlət Su Ehtiyatları Agentliyində, SOCAR, digər yerli və xarici şirkət və təşkilatlarda mineral-xammal ehtiyatlarının axtarışı, kəşfiyyatı və hasilatı ilə məşğul olan mühəndis – geoloq vəzifələrində işləyə bilərlər.
“Geologiya və geofizika mühəndisliyi” ixtisasını bitirən məzunlar fundamental nəzəri və təcrübi biliklər almaqla filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı ilə məşğul olan mütəxəssislərdir. Bu ixtisasın məzunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC-nin, “Azərbaijan İnternational Mining Company Limited” Şirkətinin mədənlərində, Respublika Seysmoloji Xidmət Mərkəzində, Dövlət Su Ehtiyatları Agentliyində, yerli və xarici neft şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda və  Dövlət Su Ehtiyatları Agentliyində mühəndis-geoloq kimi çalışa bilərlər.
“Mədən mühəndisliyi” ixtisasını bitirən məzunlar faydalı qazıntı yataqlarının kəşfiyyatı, istismarı və işlənilməsi ilə məşğul olan şirkət və müəssisələrdə (“AzərGold” QSC, “Aserbaijan İnternational Mining Company Limited”, “Artvin Maden” A.Ş., “Eti Bakı” A. Ş. şirkətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, SOCAR, BP, “Schumberger” və s.) mühəndis-geoloq işləmək imkanına malikdirlər.
“Melorasiya mühəndisliyi” ixtisasına yiyələnən məzunlar Dövlət Su Ehtiyatları Agentliyində, Meliorasiya Elmi-Tədqiqat İnstitutu MMC-də, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsində, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irriqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsi, tikintisi, istismarı, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması, mеliоrasiya tikintilərinin ətraf mühitə təsirinin öyrənilməsi sahələrində mühəndis kimi işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.