Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda ali təhsil müəssisələrinə ixtisas seçiminə 9-19 avqust tarixində start veriləcəyi bildirilib.
İxtisas seçimində iştirak edəcək namizədlər “Abituriyent” jurnalının 4 -cü sayının nə zaman nəşr olunacağı barədə maraqlanırlar. Hesab edilir ki, ixtisas seçiminə az qalıb və jurnalın nəşri gecikir.
Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
“Jurnal sabah nəşr olunacaq. İxtisas seçimi 9-19 avqust tarixlərində olacaq. Abituriyentlərin seçim etmək üçün kifayət qədər vaxtı var”,- məlumatda qeyd olunub.