Dərc olunub: 07.08.2024
Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna (ünvan: Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5) köçdü.

BANM-dən  bildirilib ki, yeni korpusda ali məktəbin Davamlı təhsil fakültəsi, İngilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək. Eyni zamanda, burada BANM-in nəzdində yeni liseyin yaradılması nəzərdə tutulur. Bununla bağlı sualları Bakı Ali Neft Məktəbinin Ağ şəhər korpusuna ünvanlamaq olar.