Ötən tədris ilində peşə təhsili müəssisələrindən məzun olan tələbələrdən 20%-i məzun olmadan işlə təmin edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə bu müsbət trenddir:
“Ötən tədris ilində məzun olan 13 mindən çox şəxsdən təxminən 3000-nə yaxını işlə təmin olunub. Onların da 70 faizi oğlanlardır”.