Dərc olunub: 06.07.2024

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi respublika fənn olimpiadalarında qalib olub.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, liseyin IX sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov kimya fənni üzrə qızıl, IX sinif şagirdləri Emiliya Ağayeva Azərbaycan dili və ədəbiyyatı, Yusif İbrahimzadə fizika, VIII sinif şagirdi Cəsur Rəsulzadə informatika fənlərindən bürünc medala layiq görülüblər.

Qeyd edək ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən respublika fənn olimpiadalarında 84 nəfər qızıl, 163 nəfər gümüş, 244 nəfər bürünc medal qazanıb.

Bənzər yazılar