Dərc olunub: 03.07.2024

Təsviri sənət və Bədən tərbiyəsi istiqamətinə aid aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki,  təsviri sənət istiqamətinin 1601 (ikinci imtahanı), 1701 (ikinci imtahanı), 1602, 211, 411, 1604, 13-cü (imtahan yeri kimi Naxçıvan şəhərini seçən abituriyentlər) komissiyalarını və Bədən tərbiyəsi və idman istiqamətinin Şərurda keçiriləcək 61, 62, 63, 6401 və 152-ci komissiyaları üzrə xüsusi qabiliyyət imtahanı verəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bənzər yazılar