Təsviri sənət və Bədən tərbiyəsi istiqamətinə aid aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, təsviri sənət istiqamətinin 1601 (ikinci imtahanı), 1701 (ikinci imtahanı), 1602, 211, 411, 1604, 13-cü (imtahan yeri kimi Naxçıvan şəhərini seçən abituriyentlər) komissiyalarını və Bədən tərbiyəsi və idman istiqamətinin Şərurda keçiriləcək 61, 62, 63, 6401 və 152-ci komissiyaları üzrə xüsusi qabiliyyət imtahanı verəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.