Dərc olunub: 02.07.2024

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) bir sıra fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

Mektebgushesi.az xəbər verir ki, aşağıdakı fənlər üzrə mütəxəsisslər Təhsil İnstitutuna müraciət edə bilərlər.

• Azərbaycan dili (dövlət dili)
• İkinci xarici dil
• Musiqi
• Təsviri incəsənət
• Texnologiya
• Çağırışaqədərki hazırlıq
• Fiziki tərbiyə

 Namizədlər üçün minimum tələblər:

• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
• Fikirləri yazılı formada ifadə etmə bacarığı;
• Araşdırma və təhlil üzrə səriştə;
• Ən azı 5 illik pedaqoji təcrübə;
• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında tsp@arti.edu.az poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Bənzər yazılar