Dərc olunub: 02.07.2024

İyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Mektebgushesi.az xəbər verir ki, Təhsil İnstitutundan verilən məlumata görə namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.

Bənzər yazılar