Dərc olunub: 02.07.2024

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Müəllim cəmiyyətin xilaskarı kimi” layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 01 iyul 2024-cü il tarixində Salyan şəhərində olub.
Layihənin icrasına hazırlıq məqsədilə Salyan rayon İcra hakimiyyətinin nümayəndələri, Şirvan – Salyan Regional Təhsil İdarəsinin və Tədrisin Keyfiyyət Sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 02 iyul 2024-ci il tarixdə Salyan şəhəri Ə.Kürçaylı adına 7 saylı Texniki Təmayüllü Məktəb Liseydə rayonun 6 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 02 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.
Layihə üzrə növbəti səfər Biləsuvar şəhərinə olacaqdır.
Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Salyan rayon İcra Hakimiyyətinə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Məhərrəm Məmmədova, Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimliyə, müdir müavini Rövşən Allahverdiyevə, Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşova və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) merkezvma@mail.ru emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.

AVMA Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidməti

Bənzər yazılar