Dərc olunub: 02.07.2024

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə “Enactus Misir” təcrübə mübadiləsində iştirak edən gənclərlə görüşüb.

Mektebgushesi.az xəbər verir ki, görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Enactus” komandasının nümayəndə heyəti, Tələbə Gənclər Təşkilatının sədri Ruslan Qənbərov Misir Ərəb Respublikasının “Enactus Misir” nümayəndəliyində təşkil olunan təcrübə mübadiləsi proqramında göstərdikləri fəaliyyətdən, səfər çərçivəsində topladıqları məlumatlardan bəhs ediblər.

Gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.

Bənzər yazılar