Dərc olunub: 30.06.2024

İyunun 30-da “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanda 2025 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan verəcək şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Bu imtahanın idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

Bənzər yazılar