Dərc olunub: 27.06.2024

Azərbaycanlı gənc Abutalıb Namazov bu il dünyanın ən nüfuzlu universitetlərindən biri hesab olunan Massaçusets Texnologiya İnstitutundan (MİT) məzun olur.

Mektebgushesi.az xəbər verir ki,  o, 2020-ci ildə MİT-ə ilk dəfə qəbul olunan 4 nəfər tələbədən biri idi.

Qeyd edək ki, Abutalıb Namazov 2015- 2016- cı dərs ilində yuxarı sinif şagirdlərilə qatılaraq fənn olimpiadalarının yekun respublika turunda iştirak edərək, respublikada ilk dəfə olaraq iki fənndən; informatikadan qızıl riyaziyyatdan isə gümüş medala layiq görülmüşdür.

Orta təhsilini başa vurana qədər hər il Respublikada keçirilən Fənn Olimpiyadalarının yekun turlarında iştirak edərək informatikadan 4 qızıl, 1 bürünc, riyaziyyatdan isə 1 gümüş medala layiq görülmüşdür.

2016-2017- ci dərs ilində RFO-nun həm riyaziyyat, həm də informatika fənləri üzrə yekun turunda iştirak edərək,  respublikada ilk dəfə iki fənndən; informatikadan qızıl, riyaziyyatdan isə gümüş medal qazanıb.

2017- ci ildə Avropa Gənclərinin İnformatika Olimpiadasında bürünc, Balkan Gənclərinin Riyaziyyat Olimpiadasında gümüş medallarla mükafatlandırılıb.

15 yanvar 2020-ci il tarixdə XVI Beynəlxalq Jaltikov Olimpiadasında qızıl medala layiq görülüb. İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalardan gətirilən ilk qızıl medaldır.

Bənzər yazılar